"Yuventus" ÇL-ə vəsiqə qazandı A seriyasında mövsüm başa çatdı

İtaliya A seriyasında 2020/21 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.
 

Newsport.az-ın məlumatına görə, çempion “İnter” son turda “Udineze”yə 5:1 hesabı ilə qalib gəlib. 
 
“Milan” “Atalanta”ya 2:0 hesabı ilə qalib gələrək rəqibi qabaqlayaraq turniri 2-ci pillədə başa vurub. "Atalanta" isə 3-cü pillə ilə kifayətlənib. Hər üç komanda Çempionlar Liqasına vəsiqəni təmin edib. ÇL vəsiqə uğrunda son yerdə "Napoli" və "Yuventus" mübarizə aparıb. Neapol təmsilçisi doğma meydanda  “Verona” ilə oyunda xal itirməklə (1:1) böyük şansı son anda əldən verib. Əvəzində Turin klubu səfərdə “Bolonya” 4:1 hesabı ilə qalib gələrək ÇL-ə vəsiqə qazanıb.
 
5-ci və 6-cı pillələri tutan “Napoli” ilə “Latsio” ölkəni Avropa Liqasında təmsil edəcək. 7-ci olan “Roma” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
 
Qeyd edək ki, son üç pilləni tutan “Benevento”, “Krotone” və “Parma” isə elitanı tərk edib.


23 may
 
"İnter" – "Udineze" - 5:1
Qollar:
 Yanq, 8. Eriksen, 44. Martines, 55. Perişiç, 64. Lukaku, 71 – Pereyra, 79
 
"Atalanta" – "Milan" - 0:2
Qollar:
 Kessye, 43-pen; 90+2-pen
 
"Bolonya" – "Yuventus" - 1:4
Qollar:
 Orsolini, 86 – Kyeza, 6. Morata, 29; 47. Rabyo, 45
 
"Napoli" – "Verona" - 1:1
Qollar
: Rahmani, 60 – Faraoni, 69
 
"Sassuolo" – "Latsio" - 2:0
Qollar
: Kiriakopulos, 10. Berardi, 78
 
"Spetsiya" – "Roma" - 2:2
Qollar
: Verde, 6. Pobeqa, 38 – El Şaravi, 52. Mxitaryan, 85
 
"Torino" – "Benevento" - 1:1
Qollar
: Bremer, 29 – Tello, 72

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right