Azərbaycan kubokunun qalibi müəyyənləşdi Yenilənib

Bu gün  Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, “Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt”  üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi tarixində ikinci dəfə bu titula sahib çıxıb. Komanda eyni zamanda Konfrans Liqasına vəsiqə qazanıb.

“Sumqayıt” bu mövsüm Premyer Liqada bürünc medallara sahib çıxdığı üçün avrokuboklara vəsiqəni təmin etmişdi. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vumuşdu.


24 may 
 

19:30. “Keşlə” – “Sumqayıt” - 2:1
Qollar:
 Miyusko Boyoviç, 3-avtoqol (0:1), Şəhriyar Əliyev, 37 (1:1), Miyusko Boyoviç, 57 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Bank Respublika Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right