"Neftçi" ilə "Qarabağ" Türkiyəyə gedir

Azərbaycanı avrokuboklarda təmsil edəcək "Neftçi" və "Qarabağ" yay hazırlığını Türkiyədə təşkil edəcək.

Newsport.az-ın məlumatına görə, onların hansı tarixlərdə, hansı məkanda toplanış keçəcəyi dəqiqləşməsə də, qonşu ölkəyə gedəcəkləri məlumdu. Tarix və yeri dəqiqləşdirilməməsi də komandaların yalnız son turda neçənci olacaqlarının bilinməsinə görədi. Klublar hansı turnirdə iştirak edəcəkləri məlum olandan sonra fəaliyyətə başlamağı məqsədəuyğun hesab edib. Çempionlar Liqasında yeni mövsüm daha erkən başlayacağından bu turnirdə iştirak edəcək kollektiv də hazırlığa daha tez start verəcək.

"Neftçi" və "Qarabağ"a digər klubları da qoşulacağı istisna edilmir. Pandemiya səbəbindən Azərbaycan klubları keçən yay və qışı ölkə daxilində keçirməli olub.

"Neftçi" Azərbaycanı təmsil edəcək. "Qarabağ" isə Avropa Konfrans Liqasında mübarizə aparacaq. Paytaxt klubu ilk oyununu iyulun 6-da, Ağdam təmsilçisi həmin ayın 22-də keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right