Mahir Emrelinin komandası səfərdə qazandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakuv" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Valletta" ilə üz-üzə gəlib.

Newsport.az xəbər verir ki, Emrelinin komandası 4:0 qələbə qazanıb.

Mahir Emreli oyuna 67-ci dəqiqədə, hesab 3:0 olarkən daxil olub.

İki oyunun nəticəsinə əsasən "Rakuv" rəqibini 7:1 ümumi hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

"Rakuv" növbəti mərhələdə "Hammarbü" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right