Mahirli “Rakuv” Konfrans Liqasında mərhələ adladı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Maltanın "Valletta" komandası ilə qarşılaşıb.

Newsport.az xəbər verir ki, Ta-Ali şəhərində keçirilən görüş Polşa təmsilçisinin 4:0 hesablı böyük qələbəsi ilə başa çatıb.

Mahir Emreli oyuna 67-ci dəqiqədə, hesab 3:0 olarkən daxil olub.

İki oyunun nəticəsinə əsasən "Rakuv" rəqibini 7:1 ümumi hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right