"Zirə"nin Konfans Liqasında 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 2-ci təsnifat mərhələsində "Paide" səddini keçərsə, Vyana təmsilçisi ilə qarşılaşacaq.
Avstriya klubu 2-ci təsnifat mərhələsində "Santa Kolomo"nu məğlub edə bilib. Səfərdə Andorra klubunu 3:1 məğlub edən avstriyalılar evdə də 6:2 qalib gəlib.