Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşıb. Bolqarıstanın Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılan görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib.
Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatdığından mərhələni Minsk klubu adlayıb. "Neftçi" isə mübarizəni dayandırıb.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
21:00. "Dinamo" (Minsk, Belarus) - "Neftçi" (Azərbaycan) - 0:1
Qol: Breno Almeyda, 12
Qırmızı vərəqə: Mamadu Sako, 90+4 ("Neftçi")
Baş hakim: Tim Marşall (Şimali İrlandiya)
"Beroe" stadionu
İlk oyun - 4:2