"İlk oyunda "Zirə"nin üstün olması ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

"Payde" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Sumqayıtda "Zirə"nin qonağı olacaq.

Newsport.az xəbər verir ki, Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Çətin oyun olacaq. Artıq nə etmək lazım olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. İlk oyunda "Zirə"nin üstün olması ilə razı deyiləm. Biz rəqibi daha çox sıxışdırmışdıq. Bəli, ilk hissədə "Zirə"nin müəyyən dominantlığı var idi. Amma bu o demək deyil ki, sabahkı oyunda müdafiədən oynayacağıq. Tam olaraq formadayıq və hazırıq.

Rəşad Sadıqovun hansı dövrdə oynadığını xatırlamıram. Azərbaycan millisi ilə qarşılaşmalarda mənim futbolçu kimi cəmi iki şansım olub. Həmin dövrdə də Rəşad Sadıqovla qarşılaşıb-qarşılaşmamağım yadıma gəlmir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right