“Neftçi” Belarusun “Dinamo” (Minsk) komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini təqdim edib.
Newsport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Qapıçılar: 1.Emin Balayev, 13.Kenan Piriç, 93.Rza Cəfərov;
Müdafiəçilər: 3.Rüfət Abbasov, 5.İqor Ribeyro, 14.Elvin Bədəlov, 17.Murad Xaçayev, 24.Mustafa Sek, 55.Endryu Qraviyon, 77.Falaye Sako;
Yarımmüdafiəçilər: 4.Elvin Camalov, 6.Sessi D Almeyda, 7.Emil Səfərov, 8.Emin Mahmudov, 18.İfeanyi Metyu, 20.Qustavo Klisman, 70.Andrey Ştoqrin;
Hücumçular: 11.İmad Faraj, 19.Ağadadaş Salyanski, 29.Lyubomir Tupta, 33.Breno Almeyda, 97.Bassala Sambu.
İyulun 22-də Bakıdakı “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.