"Araz-Naxçıvan" UEFA Avropa Konfrans Liqasında bu gün cavab oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "Omoniya"nın qonağı olub. İlk görüşdə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz cavab qarşılaşmasında da 0:5 hesablı məğlub olaraq turnirdə mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, "Omoniya" pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə üz-üzə gələcək.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu