Hüseynovun komandasından Konfrans Liqasında növbəti uğur

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu qələbə ilə başa vurub.

Newsport.az xəbər verir ki, Boqlarıstan təmsilçisi səfərdə Litvanın “Kauno Jalgiris” komandasının qonağı olub.

Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında cavab oyunu avqustun 14-də Bolqarıstanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right