İspaniya Fransaya 5 qol vurdu, finala vəsiqə qazandı

UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşib. 

Newsport.az xəbər verir ki, ikinci yarımfinalda son Avropa çempionu İspaniya millisi ilə Fransa yığması qarşılaşıb.

Qapılara 9 qolun vurulduğu fantastik qarşılaşmada rəqibinə minimal fərqlə qalib gələn ispanlar adlarını finala yazdırıblar - 5:4. Beləliklə, UEFA Millətlər Liqasının iyunun 8-də baş tutacaq finalında Portuqaliya - İspaniya dueli olacaq. Üçüncü yer uğrunda görüşdə isə Almaniya yığması ilə Fransa millisi üz-üzə gələcək.

Qeyd edək ki, "Dördlər finalı" Almaniyada keçirilir.

İspaniya – Fransa 5:4
Qollar
: Niko Vilyams 22, Mikel Merino 25, Lamin Yamal 54(p), 67, Pedri 55 - Mbappe, 59(p), Şerki 79, Vivian, 84(avtoqol), Kolo Muani 90+3

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right