Konfrans Liqası başladı, “Başakşehir” uduzdu

Bu gün UEFA Konfrans Liqasının yeni formatda keçirilən Liqa mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi "Başakşehir" doğma meydanda Vyana "Rapid"inə məğlub olub. Portuqaliyada isə yerli "Vitoria Gimaraeş" doğma meydanda Sloveniyanın "Çelye" klubuna qalib gəlib.

Qeyd edək ki, turnirin ilk turunun digər görüşləri sabah keçiriləcək.

2 oktyabr

Konfrans Liqası

Liqa mərhələsi, 1-ci tur

18:30. "Başakşehir" (Türkiyə) – "Rapid" (Vyana, Avstriya) - 1:2 

Qollar: Şaub, 43 (0:1), Pyatek, 45+2 (1:1), Şaub, 46 (1:2)

18:30. "Gimarayeş" (Portuqaliya) – "Selye" (Sloveniya) - 3:1 

Qollar: Samu, 7 (1:0), Da Silva Kunya, 36 (2:0), Silva, 62 (3:0), Matko, 90+2 (3:1)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right