Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Newsport.az xəbərə verir ki, ilk matç günündə 2 görüş keçirilib. “Başakşəhər” evdə “Sent Patriks”lə qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn Türkiyə klubu liqa mərhələsinə yüksəlib.
"Gent" isə "Partizan"ı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, pley-off mərhələsi avqustun 29-u başa çatacaq.
28 avqust
20:00. “Gent” (Belçika) – “Partizan” (Serbiya) - 1:0
Qol: Knieper, 88
İlk oyun – 1:0
20:00. “Başakşəhər” (Türkiyə) – “Sent Patriks” (İrlandiya) - 2:0
Qollar: Şahiner, 64, Kemen, 82
Qırmızı vərəqə: Bolqer, 81 ("Sent Patriks")
İlk oyun – 0:0