Konfrans Liqasında ölkəmizi təmsil edən "Zirə" III təsnifat mərhələsində cavab matçına çıxıb.
Newsport.az xəbər verir ki, qəsəbə klubu "Osiyek"lə üz-üzə gəlib.
"Dalğa Arena"da keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Zirə" pley-offa yüksəlib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Xorvatiyada keçirilmiş ilk oyunu 1:1 başa vurub.
15 avqust, cavab oyunu
20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 2:2 (Penaltilər seriyası - 2:1)
Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2), Davot Volkov, 90 (2:2)
Hakimlər: Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)
"Dalğa Arena"
İlk oyun - 1:1