Konfrans Liqası: "Sabah" mübarizəni dayandırdı Yenilənib

Bu gün "Sabah" Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçına çıxıb.

Newsport.az xəbər verir ki, Masazır təmsilçisi İrlandiyanın "Sent-Patriks Atletik" komandasını qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, "Sabah" səfərdəki matçda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

UEFA Konfrans Liqası

15 avqust

20:00. "Sabah" - "Sent-Patriks Atletik" (İrlandiya) 0:1

Qol: Zaxari Elbuzedi, 49

Qırmızı vərəqə: Sofian Çakla, 27 ("Sabah")

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, "Bank Respublika Arena".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right