"Erməni futbolçumuzun Bakıya gəlməməsinin səbəbi zədə, cəza deyil"

"Osiyek" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Zirə"nin qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitelli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyundan sonra keçirilən mətbuat konfransında demisiz ki, "Zirə" bizə qol vura bilməzdi. Niyə belə demişdiz? Siz çox üstün oynamışdız?

- Mən o mənada deməmişdim. Kontesktdən çıxarılmış fikirdir. Bizimlə oyunda "Zirə"nin şansları yox idi. Bu da bizim müdafiə strategiyamızın işləməsi ilə əlaqədar idi. Yoxsa, "Zirə"nin gücü də var.

- Meydançanın ot örtüyü barədə hansı fikirdəsiz? Oynamaq mümkün olacaq?

- İstənilən meydançaya öyrəşməliyik. Bizim meydança ilə bunun arasında fərq var. Çox da incələyə bilməmişik. Adaptasiya olmağa çalışacağıq.

- Erməni futbolçunuz Styopa Mkrtçyanın Bakıya gəlməməsi komandanız üçün nə dərəcədə itkidir?

- Onun olmaması böyük itkidir. Sabahkı oyunda iştirak etməməsinin səbəbi isə zədə, cəza deyil.

- "Zirə"nin heyətində italiyalı futbolçu Pyer Zebli çıxış edir. Onu tanıyırsız?

- Tanıyıram. "Peruca"da, "Genk"də oynayıb. Yaxşı futbolçudur. Ona uğurlu karyera arzulayıram. Amma sabahkı oyunda yox, ondan sonrakı matçlarda. 

- Əlavə vaxta və penaltilərə hazırsız?

- Əlbəttə ki, hazırıq. Əlavə vaxt və penaltilər seriyasının olması ehtimaldır. Olarsa, ona uyğun çıxış edərik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right