"Sabah"ın baş məşqçisi jurnalistlərin qarşısına çıxacaq

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Sent Patriks Atletik” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub.

Newsport.az xəbər verir ki, öncə "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç media nümayəndələrinin qarşısına çıxacaq:

“Sabah”

Mətbuat konfransı: saat 18:00

Məşq (ilk 15 dəqiqəsi mətbuat üçün açıq): 18:30

“Sent Patriks Atletik”

Mətbuat konfransı: saat 18:45

Məşq (ilk 15 dəqiqəsi mətbuat üçün açıq): saat 19:15

Qeyd edək ki, hər iki mətbuat konfransı “Bank Respublika Arena”da baş tutacaq. “Sent Patriks Atletik”in məşqi “Bank Respublika Arena”nın əsas, “Sabah”ın məşqi isə stadionun ehtiyat meydançasında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right