"Sumqayıt" "Fehervar"a qarşı Yenilənib

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sumqayıt” da bu gün “Fehervar”la cavab matçına çıxıb.

Rəqib meydanında keçirilən bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start verilib. 

Samir Abasovun çalışdırdığı Azərbaycan təmsilçisi doğma meydanda baş tutan ilk oyunda Macarıstan klubuna 1:2 hesabıyla uduzmuşdu. Bu üzdən də təmsilçimizə mərhələ adlamaq üçün mütləq inamlı hesabla qələbə qazanmaq lazım idi. Amma cavab görüşündə qapılara qol vurulmayıb. Bu üzdən də “Fehervar” növbəti mərhələyə yüksəlibsə, “Sumqayıt” mübarizəni dayandırıb.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
31 iyul

21:00. “Fehervar” (Macarıstan) - “Sumqayıt” (Azərbaycan) 0:0
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oskar Yonson (hamısı İsveç).
Sekeşfehervar. “MOL Arena Şoşto” stadionu.
İlk oyun – 2:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right