"Komanda yoldaşlarıma bu sözləri çatdıracam" - Rövlan Muradov

Konfrans Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək “Fehervar” (Macarıstan) – “Sumqayıt” oyunundan öncə “kimyaçılar”ın futbolçusu Rövlan Muradov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, cinah oyunçusu media nümayəndələri ilə görüşdə bunları söylədi…

– İlk oyun keçmişdə qaldı. Düşünürəm ki, əlimizdən gələnin maksimumunu komanda şəklində meydanda qoymalıyıq. Baş məşqçimiz də bizə inanır. Düşünürəm ki, ağır oyun olacaq, amma əlimizə düşən imkanlardan maksimum yararlanmağa çalışacağıq.

Sumqayıt”ın mərhələ keçməsinə inanlar da az deyil. Bu durum komanda üzərində təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?
– İnam qələbənin yarısıdır. Bizə dəstək olanlara, inananlara təşəkkür edirəm. Bu sözlər mənə də əlavə motivasiya verdi. Komanda yoldaşlarıma da bunu deyəcəm. İnşallah, sevinən tərəf biz olarıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right