AFFA rəsmisi Konfrans Liqası oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Albaniyada yerli “Partizani” və Gürcüstanın “İberia” komandaları arasında keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right