Azərbaycan təmsilçisi "Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda evdə "DAK 1904" (Slovakiya) ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:30-da başlayacaq. Matçı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.
"Zirə" bu mərhələni adlayarsa, 3-cü təsnifat mərhələsində "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu halda "Zirə"nin ilk oyunu səfərdə olacaq.
Qeyd edək ki, "Zirə" ilə "DAK 1904" arasında cavab görüşü avqustun 1-də Slovakiyada keçiriləcək.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
20:30. "Zirə" (Azərbaycan) - "DAK 1904" (Slovakiya) 4:0
Qollar: Rafael Utziq, 29, Junior Martins, 30, Davit Volkov, 50, 53
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)
"Dalğa Arena"