"Sabah" - "Makkabi" matçını idarə edəcək hakim bəlli oldu

"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi"yə (Hayfa) qarşı keçirəcəyi cavab matçının hakimləri bəlli olub.

Newsport.az xəbər verir ki, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Peter Kraloviçdir. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Sabah”–“Makkabi” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right