"Sumqayıt" - "Fehervar" matçına satılan biletlərin sayı məlumdur

UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasına bilet satışı davam edir.

Newsport.az xəbər verir ki, iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matça artıq 1500 bilet satılıb.

Qeyd edək ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right