"Beşiktaş" İsveçrəyə 12 itki ilə yollandı

"Beşiktaş" Avropa Konfrans Liqası qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə "Luqano"nun qonağı olacaq.

Newsport.az xəbər verir ki, "qara qartallar" İsveçrəyə ciddi itkilərlə yola düşüb. İstanbul təmsilçisinin 12 futbolçusu komandaya kömək edə bilməyəcək.

Mert Günok, Omar Kolli, Gedson Fernandes, Ante Rebiç, Artur Masuaku, Milot Raşitsa və Yakup Arda Kılıç zədə səbəbindən heyətə daxil edilməyib. Yüngül zədəsi olan Necip Uysalın durumuna oyun günü aydınlıq gələcək.

Vensan Abubakar, Yan Onana, Erik Bayi, Valentin Rozyer və Raşid Qezzal isə rəhbərliyin qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Luqano" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right