Çempionlar Liqasında ilk "play off"çular bəlli oldu

Bu gecə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları start götürür.Newsport.Az xəbər verir ki, ilk oyun günündə 4 matç keçiriləcək.

İlk olaraq meydana BATE və "Debretsen" klubları çıxacaqlar. Səfərdən məğlubiyyətlə qayıdan BATE doğma meydanda növbəti mərhələ arzusunuı reallaşdırmaq istəyir. 

Digər oyunda "Makkabi" öz azarkeşləri önündə "Maribor"u qəbul edəcək. İlk oyunda evdə minimal hesablı qələbə qazanan Solveniya klubu, İsraildə özünə lazım olan nəticəni qazanmağa çalışacaq.

Günün digər dueli "Panatinaykos"la "Standard" arasında baş tutacaq. Bu komandaların ilk oyununda hesab açılmadığından, cavab görüşü böyük maraq kəsb edir.

Gecənin son matçı Fransada olacaq. Belə ki, "Lill" "Qrasshopers"i mübarizədən kənarlaşdırmağa çalışacaq. İsveçrədə istədiyi qələbəni qazanan fransızların "pley-off"a çıxacağı daha real görünür.

ÇL-nın III təsnifat mərhələsinin digər cavab oyunları sabah keçiriləcək. 

5 avqust, çərşənbə axşamı
ÇL, III təsnifat mərhələsi, cavab oyunları

BATE (Belarus) - "Debretsen" (Macarıstan) 3:1

Qollar: , Volodko 39, Rodionov 66, Krivets 90+4  - Sidibe 20 (pen)

(İlk oyun - 0:1)


23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Maribor" (Sloveniya) 2:2

Qollar:, Ben Haim 42, Basat 54  - İbraimi 35, İbraimi 55

(İlk oyun - 0:1)

23:00. "Panatinaikos" (Yunanıstan) - "Standard" (Belçika) 1:2

Qollar: Arsanlanagiç 17 (öz qapısına) - Mbombo 36, Mpoku 41 

(İlk oyun - 0:0)

23:30. "Lill" (Fransa) - "Qrasshoppers" (İsveçrə) 1:1

Qollar: Balmont 19 - Abraşi 33

(İlk oyun - 2:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right