Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, türnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq.
Qurban Qurbanovun komandası səfərdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gələcək. Doğma meydanda rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu səfərə böyük ümidlərlə yollanıb.
Komandamız güclü “Zalsburq”la oyunda uğurlu nəticə qazanmaqla play-off mərhələsinə yüksələ bilər. Bu, baş verərsə, Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixinə düşəcək. Çünki indiyədək klublarımızdan heç biri Çempionlar Liqasının play-off mərhələsinə yüksələ bilməyib. “Qarabağ”ın bu işin öhdəsindən necə gələcəyi böyük maraqla gözlənilir.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.