Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk matçını keçirəcək.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi birinci təsnifat mərhələsində "Linkoln" önünə çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariq çempionu ilə səfərdə qarşılaşacaq. Qarşılaşmaya 19:30-da start veriləcək.
Cavab matçı iyulun 19-da Bakıda keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
19:30 Linkoln (Cəbəllütariq) - Qarabağ 1:2
Qollar: Kike Gomes, 25 - Redon Cica, 58, Yasin Benzia, 90+4
“Linkoln”: Dayl Kolinq, Abdul Ayu, Jak Sergent, Bernardo Lopes, Mario Maroto, Mustafa Yahaya, Armando Sosa Pena, Etan Britto, Liam Uolker, Kike Qomez, Xuan Dominqez Riko
"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Marko Veşoviç, Leandro Andrade, Julio Romao, Marko Yankoviç, Nəriman Axundzadə, Abdullah Zubir, Redon Cica
Baş hakim: Vitaliys Spasyonnikovs