Çempionlar Liqasında cavab oyunları

Bu gecə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları start götürür.Newsport.Az xəbər verir ki, ilk oyun günündə 4 matç keçiriləcək.

İlk olaraq meydana BATE və "Debretsen" klubları çıxacaqlar. Səfərdən məğlubiyyətlə qayıdan BATE doğma meydanda növbəti mərhələ arzusunuı reallaşdırmaq istəyir. 

Digər oyunda "Makkabi" öz azarkeşləri önündə "Maribor"u qəbul edəcək. İlk oyunda evdə minimal hesablı qələbə qazanan Solveniya klubu, İsraildə özünə lazım olan nəticəni qazanmağa çalışacaq.

Günün digər dueli "Panatinaykos"la "Standard" arasında baş tutacaq. Bu komandaların ilk oyununda hesab açılmadığından, cavab görüşü böyük maraq kəsb edir.

Gecənin son matçı Fransada olacaq. Belə ki, "Lill" "Qrasshopers"i mübarizədən kənarlaşdırmağa çalışacaq. İsveçrədə istədiyi qələbəni qazanan fransızların "pley-off"a çıxacağı daha real görünür.

ÇL-nın III təsnifat mərhələsinin digər cavab oyunları sabah keçiriləcək. 

5 avqust, çərşənbə axşamı
ÇL, III təsnifat mərhələsi, cavab oyunları

22:30. BATE (Belarus) - "Debretsen" (Macarıstan) (İlk oyun - 0:1)
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Maribor" (Sloveniya) (İlk oyun - 0:1)
23:00. "Panatinaikos" (Yunanıstan) - "Standard" (Belçika) (İlk oyun - 0:0)
23:30. "Lill" (Fransa) - "Qrasshoppers" (İsveçrə) (İlk oyun - 2:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right