Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Zalsburq"la qarşılaşacaq "Qarabağ" klubu Avstriyaya çatıb.
Newsport.Az-ın məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 17:10-da çarter reysi ilə sözügedən ölkəyə yollanan Ağdam təmsilçisi artıq qarşılaşmanın baş tutacağı Zalsburq şəhərindədir.
Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" oyunu avqustun 6-da, saat 23:30-da keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb.