Kapitan"Zalsburq"la matçda oynayacaqmı?

Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Zalsburq"la görüşdə əsas heyətdə meydana çıxa bilər.

Bu barədə Newsport.Az saytına açıqlamasında futbolçunun özü məlumat verib.

Uzun müddət zədədən əziyyət çəkən R.Sadıqov hazırda ağrıları olmadığını bildirib. Bakıdakı oyunun 57-ci dəqiqəsində meydana daxil olan millimizin üzvü "Zalsburq"la səfər görüşündə problem yaranmayacağı təqdirdə oynaya biləcəyini deyib.

Qeyd edək ki, avqustun 6-da "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right