"Qəbələ" - "Hayduk" matçını idarə edəcək hakimlər müəyyənləşdi

UEFA Gənclər Liqasının təsnifat mərhələsində iştirak edən "Qəbələ”nin U-19 komandasının evdə "Hayduk"a qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçimizin oyunu türkiyəli hakimlərə tapşırılıb. 

Oktyabrın 4-də keçiriləcək görüşün baş hakimi Arda Kardeşlerdi.

Ona Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcək.

Qarşılaşmanın dördüncü hakimi isə hələ ki, dəqiqləşməyib.

Xorvatiyada keçirilən oyun Split klubunun 3:0 hesablı qələbəsi başa çatmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right