Ozobiç: "Artıq önümüzə baxmalıyıq"

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində Çexiya "Viktoriya"sına 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra "CBC Sport"a açıqlama verib

Newsport.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi deyib: "Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Futbol da bir həyatdır, belə hallar baş verir. Artıq önümüzə baxmalıyıq. Avropa Liqasında bizi güclü rəqiblər gözləyir. Amma yaxşı çıxış etmək istəyirik. Ötən mövsüm Konfrans Liqasında qrupdan çıxmışdıqsa, bu mövsüm eynisini Avropa Liqasında etmək istəyirik”.

Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right