Çexiyalı ekspert: "Qarabağ" səfərdə də oyun üslubunu dəyişməyəcək"

Çexiyalı futbol eksperti Martin Vozabal "Qarabağ"la "Viktoriya" arasında keçiriləcək Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, o, Azərbaycan klubunun səfərdə də öz üslubunu dəyişməyəcəyini deyib:

"Qarabağ"ın böyük gücü var. Klubun büdcəsi də yaxşıdır. "Viktoriya"nı çətin oyun gözləyir. "Qarabağ" səfərdə oynasa da, oyun üslubunu dəyişməyəcək. İrəli atılacaq və mərhələ adlamaq üçün çalışacaq".

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk matç qolsuz bərabərliklə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right