Çexiyalı məşqçi: "Qarabağ"a hörmət etmək lazımdı"

'Viktoriya"nın sabiq baş məşqçisi Karel Kreyçi Plzen təmsilçisinin Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la keçirəcəyi cavab oyunu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, yerli mətbuata danışan 53 yaşlı mütəxəssis Çexiya klubunun standart vəziyyətlərdən yararlanmalı olduğunu deyib:

"Rəqibə hörmət etmək lazımdır. Onların baş məşqçisi Qurban Qurbanov uzun illərdir komandadadır. "Qarabağ" evdə və səfərdə eyni üslubda oynamağa çalışır. Cəzalı durumda olan kapitan Lukaş Heydanın rolunu başqa oyunçu öz üzərinə götürməlidir. "Viktoriya" Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün hər şeyə sahibdir. Komanda doğma meydan amilindən və standart vəziyyətlərdən mütləq yararlanmalıdır".

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk matç qolsuz bərabərliklə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right