Çempionlar Liqası: "Viktoriya", "Benfika" və "Makkabi" qrup mərhələsində Yenilənib

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib.

"Qarabağ" "Bakıda 0:0 hesablı heç-heçə etdiyi "Viktoriya" (Plzen) ilə Çexiyada qarşılaşıb və 1:2 hesabı ilə uduzaraq ÇL-də mübarizəni dayandırıb. “Benfika” “Dinamo”ya səfərdə olduğu kimi evdə də qalib gəlib - 3:0 (ilk matç: 2:0). “Makkabi” evdəki ilk görüşdə 3:2 hesabı ilə məğlub etdiyi “Srvena Zvezda” ilə cavab oyunundan 2:2 hesablı bərabərliklə ayrılıb. 

Beləliklə, “Viktoriya”, “Makkabi” və “Benfika” ÇL-in qrup mərhələsinə vəsiqə qazanıblar. 

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq.

Xatırladaq ki, ÇL-in qrup mərhələsində mübarizə aparacaq 32 komandadan daha əvvəl 26-sı məlum olub. Bunlar UEFA reytinqində daha yüksək mövqeyə malik ölkələrin təmsilçiləri olduqlarına görə turnirə birbaşa vəsiqə qazananlardılar.

23 avqust

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) - 2:1
Qollar: 
Filip Ozobiç, 38 (0:1), Kopiç, 58 (1:1), Kliment, 72 (2:1)
İlk oyun - 0:0

23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
Qollar: 
Otamendi, 27, Silva, 40, Neres, 43
İlk oyun - 2:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) - 2:2 
Qollar:
 Peşiç, 27, İvaniç, 43 - Sandqren, 45+5, Pavkov, 90-avtoqol
İlk oyun - 2:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right