“Qarabağ” Plzendə

“Qarabağ” Çexiyaya çatıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisini aparan çarter reysi əvvəlcə Praqa şəhərinə eniş edib. Plzendə hava limanı olmadığından “Qarabağ”paytaxtdan 98 km uzaqdan yerləşən həmin şəhərə avtobusla yola düşüv. Praqadan ora məsafə təxminən 1 saat təşkil edib.

Komanda artıq məskunlaşacağı oteldə yerlşəşib.

Bu gün yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

“Qarabağ”ın Çexiya səfəri ilə bağlı ən son yenilikləri Qol.az-da izləyin.

Xatırladaq ki, ÇL-in pley-off mərhələsinin “Viktoriya” – “Qarabağ” cavab oyunu avqustun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu komandaların Bakıdakı ilk qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right