"Qarabağ"ın oyunu üçün satışa çıxarılan əlavə biletlər də tükəndi

"Qarabağ"ın Çexiyada "Viktoriya" ilə keçiriləcəyi UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Plzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Bakıdakı ilk matç qolsuz bərabərliklə bitib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right