"Plzendə "Qarabağ" lazım olan nəticəni qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq"

"Qarabağ" "Viktoriya"nı oyunboyu müdafiədə oturmağa məcbur etmişdi. Çexlər müdafiə etibarlı oynayırdı. Buna rəğmən, "Qarabağ" qol şansları yaratdı. Hər halda ilk oyun geridə qalıb, qarşıda cavab matçı var".

Newsport.az-ın məlumatına görə, bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Danilo Dias deyib.


Karyerasını başa vuran braziliyalı Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq olduğunu söyləyib:

"Qarabağ" bu mövsüm avrokuboklarda həqiqətən də çox yaxşı çıxış etdi. Onsuzda illərdir ki, onlar adından söz etdirir. Bu mövsümkü nəticələr isə komandanın daha da güclənməsindən və təcrübəli komanda olmasından xəbər verir. Bakıda "Viktoriya" ilə matç 0:0 başa çatıb. İnanıram ki, Plzendəki matçda "Qarabağ" lazım olan nəticəni qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right