Çexiya mətbuatı: "Qarabağ"ın "Ferentsvaroş"u səfərdə 3:1 məğlub etməsi "Viktoriya" üçün xəbərdarlıqdı"

Çexiya mətbuatı "Viktoriya”nın Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirdiyi oyunu dəyərləndirib.

Newsport.az "Sport.cz" portalına istinadən xəbər verir ki, çexiyalı həmkarlarımız Plzen təmsilçisinin cavab matçındakı şanslarından da yazıb. 

"Plzen oyunçuları Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a qarşı möhkəm oyun oynayaraq, qolsuz heç-heçəyə nail oldular. Yəqin ki, bir çox azarkeş “Viktoriya”nın qrup mərhələsinə gedən yolunun evdəki cavab matçından asılı olduğunu bilir. Əlavə etmək lazımdır ki, nəticə perspektivli olsa da, buna sevinmək lazım deyil. "Qarabağ" açıq-aydın "Viktoriya"nın Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşdığı ən güclü rəqibdi. "Şerif"in də hücum xəttində fərdi ustalığı yüksək olan futbolçular var idi. Amma “Qarabağ”ın fərqi böyükdü. Bir sözlə Azərbaycan çempionu kompaktdı, taktiki cəhətdən qabaqcıl və eyni zamanda təcrübəlidi.

15 ildir ki, “Qarabağ”ı əmin əllərlə Qurban Qurbanov idarə edir. Fərdi ustalığı olan oyunçular da, kollektiv işə tabe olurlar. “Şerif”də isə belə deyildi. Baş məşqçi Mixal Bilek və köməkçiləri taktiki planda dəyişikliklər etdi. Komanda ardıcıl aktiv müdafiə ilə “Qarabağ”ın hücum gücünü aradan qaldıra bildi. Müdafiənin sol cinahında isə Vatslav Yemelkanın öz işini gördü. Təbii ki, "Qarabağ" kimi keyfiyyətli rəqib istənilən halda şanslar yaradırdı. Lakin fasilədən sonra onların fikri tükəndi, "Viktoriya" müdafiəyə məharətlə qapandı".

Çexiya portalı "Qarabağ" - "Viktoriya" matçında Plzen klubunun qolkiperinin yüksək səviyyədə performans göstərdiyini də qeyd ediblər: "Təbii ki, qapıda Jindrik Stanekin sehrinin köməyi olmadan olmazdı. O, yenidən fantastik idi. Bakıdakı matç qonaq komanda üçün yüksək dəyərləndirilib. Eyni zamanda "Viktoriya" yolun yalnız yarısının qət edildiyini anlayır. Onlar "Qarabağ"ın da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə apardığını anlayır.

"Qarabağ"ın "Ferentsvaroş"u Bakıdakı bərabərlikdən sonra səfərdə 3:1 məğlub etməsi, "Viktoriya" üçün xəbərdarlıqdı. Ona görə də həddindən artıq optimist olmaq üçün heç bir əsas yoxdu. Çərşənbə axşamı "Dusan Arena"da keçiriləcək cavab oyunu Tofiq Bəhramov adına stadionda keçiriləcək açılış oyunundan daha çətin olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right