"Viktoriya"nın kapitanı: "Qarabağ"ı qəzəbləndirmək istəyirdik"

"Viktoriya"nın (Plzen, Çexiya) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri ilk matç haqqında danışıb. 

Newsport.az-ın məlumatına görə, görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən oyunçu klubun rəsmi saytına açıqlamasında deyib:

“İrəli gedərək, qol vuraraq "Qarabağ"ı bir az da qəzəbləndirmək istəyirdik. İlk hissədə şanslarımız oldu, amma ikinci hissədə praktiki olaraq heç nə yaratmadıq. Bununla belə, biz məsuliyyətlə müdafiə olunduq. 0:0 nəticəsini qəbul edirik. Əlbəttə ki, cavab oyununda olmayacağım üçün məyusam. Amma inanıram ki, futbolçularımız bunun öhdəsindən gələcəklər".

Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right