Qurbanovun mətbuat konfransının vaxtı məlumdu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Avstriyanın "Zalsburq" klubunun qonağı olacaq "Qarabağ"ın oyunöncəsi son məşqi sabah saat 23:00-a təsadüf edəcək. 

Newsport.Az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransının vaxtı da müəyyənləşib. Belə ki, Qurbanovun mətbuat konfransı saat 22:45-də başlanacaq. 

"Red Bull Arena"da keçiriləcək sözügedən matç, avqustun 6-da saat 23:30 start götürəcək. Bu komandalar arasında Bakıda baş tutan ilk dueldə Ağdam təmsilçisi qələbə qazanıb - 2:1. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right