Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasında yeni mövsümün ilk matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə evdə üz-üzə gələcək. "Maksimir" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab oyunu iyulun 26-sı Şimali Makedoniyada olacaq.
Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində sözügedən duelin zəifi ilə görüşəcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)
Hakimlər: Radu Petresku, Radu Cinquleas, Mirça Mixail Qriqoriu, Andrey Antoni (Rumıniya)
"Maksimir" stadionu.