Con van den Brom: "Bakıya qələbə üçün gəlmişik"

"Lex"in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la oyunundan öncə mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, niderlandlı mütəxəssis junralistlərin suallarını cavablandırıb.

- Qazaxıstanda bu cür isti havada oyun keçirmək təcrübəniz var idi. Bu cür istidə futbolçularınıza nə məsləhət görərdiniz?
Bu ölkədə olmaq çox gözəldir. Havaya gəlincə, istənilən halda oynamaq gözəldir. Bunun hər hansı çətinlik yaradacağını deməzdim. Nə qədər isti olsa da, bizim üçün çətin olmayacaq. Keçən həftə Polşada eyni hava var idi.

- İlk oyunla müqayisədə heyətdə dəyişiklik edəcəksiniz?
Futbolçularla bağlı üç problemimiz var. İki futbolçumuz dəqiq oynamayacaq. Necə təsir edəcək? Futbolçularımız var. Bütün çətinliklərə baxmayaraq, ilk oyunda qalib gəlmişdik. Ona görə də bu, oyuna təsir etməyəcək.

- İlk oyundan əvvəl ikinci oyunda komandaya heç-heçənin də kifayət edəcəyini təsəvvür edirdiniz?
Bəli, bəlkə heç-heçə kifayət etdi. Amma mən heç vaxt komandamı meydana heç-heçə üçün çıxıarmıram. Biz Bakıya qələbə üçün gəlmişik. Oyunun gedişinə uyğun hərəkət edəcəyik, hesabı da saxlaya bilərdik. Amma qələbə üçün də oynayacağıq.

- İlk oyunda olduğu kimi yenidən müdafiədə oynayacaqsınız?
“Qarabağ”ın güclü heyəti var və onların hər biri qol vura bilər. Çalışdıq ki, onlara imkan yaratmayaq. Buna əməl etməyə çalışacağıq. Ümid edirəm ki, daha çox topa sahib olacağıq.

- Polşa mətbuatı sizə "Qarabağa" digər uduzan komandalar üçün “Qarabağ”ın revanşı kimi baxır. Bu sizə təzyiq etmir?
Biz keçmiş məğlubiyyətlərə görə məsuliyyət daşımırıq. Bunun bizə dəxli yoxdur. Gəlin məğlubiyyət stereotipini qırmağa çalışaq.

- Keçmiş məşqçilik karyeranız baxımından sabahkı oyun nə dərəcədə önəmlidir?
Çempionlar Liqasında oynamaq hər kəsin arzusudur. Biz orada oynamaq istəyirik. Sabahkı oyun böyük məsuliyyətdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right