Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rudar” – “Qarabağ” matçının hakimləri bəlli olub.
Newsport.az-ın məlumatına görə, iyulun 22-də baş tutacaq oyunu bolqarıstanlı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Georgo Kabakov olacaq. Ona həmyerliləri Martin Marqaritov və Martin Venev kömək edəcək.
22 iyul
23:45. "Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Georgi Kabakov
Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev
Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)
UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə)
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)