"Tam fərqli hiss yaşayıram" - Mahir Emreli

“Yoxlama oyunlarında qollar vurmuşdum. Amma rəsmi oyunlarda tam fərqli hiss yaşayıram. Çox məmnunam".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın futbolçusu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.

Yeni klubunda rəsmi debütünü Çempionlar Liqasında "Bodo Qlimt”lə (Norveç) səfər görüşündə edən Azərbaycan millisinin hücumçusu dublla yadda qalıb. Emreli cavab matçında daha yaxşı oynayacaqlarını bildirib: “Şadam ki, bunu bacardım. İndi biz bu oyunu unutmalıyıq və öz stadionumuzdakı cavab görüşünə hazır olmalıyıq. Ümid edirəm ki, Varşavada daha yaxşı oyun göstərəcəyik.

Oyunun nəticəsinin ədalətli olub-olmadığını demək çətindir. Hər iki komandanın imkanları oldu. Rəqib doğma meydana daha yaxşı bələd idi. Bəlkə də ona görə topa daha çox nəzarət edirdi. Cavab oyununda ab-hava və şərtlər tam fərqli olacaq. Bu, ağır oyun olacaq. Biz daha hazırlıqlı olmalı və var gücümüzlə çalışmalıyıq”.

Qeyd edək ki, Mahir Emreli 3:2 hesabı ilə qalib gəldikləri görüşdə 41 və 61-ci dəqiqələrdə fərqlənib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right