"Neftçi"nin qapıçısı mükəmməl oynadı" - Kaxaber Sxadadze

Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə 1:2 hesabı ilə məğlub olduqları ev oyunu barədə fikirlərini bildirib:

- Hər zaman oyundan dərhal sonra analiz etmək çətin olur. Üstünlük bizdə idi, təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik etdik. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidi.

- Birinci hissədə daha aktiv idiz, amma ikinci yarıdakı qoldan sonra zəiflədiz. Bu haqda nə deyərdiz?
- Birinci hissə planlı şəkildə gedirdi, tapşırıqlar icra olundu. Təəssüf ki, “Neftçi”nin ikinci qolundan sonra komanda tələsirdi. İlk yarıda isə qol buraxsaq da, tələsmirdik, bunun da nəticəsində qol vurduq. İkinci yarıda futbolçularım düşünürdü ki, vaxt azdı, qol vurmalıyıq. Bunu etməməliydilər. Qol epizodları var idi. Lazımi kimi istifadə edə bilmədik. Futbolçularım tələsməsəydilər, nəticə fərqli olardı. Bəzi oyunçular onlarda olan resursu sona kimi xərcləməlidilər. Digər oyunçuları 65-ci dəqiqədə dəyişdik. Çünki fiziki durumları yaxşı deyildi. Nəticə verdi. Amma əsas odu ki, istədiyimiz nəticə olmadı. “Neftçi”nin də zəif nöqtələrini öyrənib istədiyimizə çatmağa çalışacağıq.

- Dediniz üstün tərəf biz idik, bəs niyə uduzduz?
- Oyunumuz üstün idi. Cərimə meydançasına daxil olduq, zərbələrimiz oldu. Sadəcə, “Neftçi”nin qapıçısı mükəmməl çıxış etdi.

- Çox pul yaxşı nəticə demək deyil. “Dinamo” fərqli  oyun təklif etdi...
- Yaxşı oynadıq. Son olaraq cərimə meydançasında,məsələni tamamlamaqda problem var idi. “Neftçi” çox ciddi rəqibdi, təcrübəlidi. Çox xarici oyunçuların oynaması fərq etmir. Əsas təcrübə və mütəxəssislikdi. Emin Mahmudov, Namiq Ələsgərov, Aqil Məmmədov yerlidilər. Onların yaxşı oyun oynaması öz nəticəsini göstərdi.

- Səfər qolu üstünlüyünün ləğv edilməsi “Dinamo”nun şanslarını nə qədər artırır?
- Təbii ki, oyun yeni bitib. Düşünməli və dəyərləndirməliyik. Fasilə lazımdı. Sabahdan oturub düşünərik, planlar qurarıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right