"Borussiya" Rusiyada geridönüş etdi

Çempionlar Liqasının qrup mərhələsində VI turun 2 oyunu başa çatıb.

Newsport.az-ın məlumatına görə, F qrupunda 1/8 finala vəsiqəni ötən tur təmin etmiş "Borussiya" (Dortmund) Rusiyada "Zenit"ə 2:1 hesabı ilə qalib gəlib.

Matçda hesabı 16-cı dəqiqədə meydan sahiblərinin heyətində Sebastian Druissi açıb. 68-ci dəqiqədə Lukaş Pişşek, 79-cu dəqiqədə isə Aksel Vitselin qolları qonaqlara əzmkar qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran Dortmund təmsilçisi növbəti mərhələyə lider kimi adlayıb. "Zenit" isə qrup mərhələsini 1 xalla sonuncu sırada başa vurub.

"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) 1:2
Qollar:
 Driussi, 16 - Pişek, 68, Vitsel, 79

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right