ÇL-da qrup mərhələsinin son iştirakçıları müəyyənləşir Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, son oyun günündəki 3 qarşılaşmanın ardından Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.


PAOK səfərdə 1:2 hesabı ilə uduzduğu Rusiya "Krasnodar"ını qəbul edəcək.

İlk görüşdə bu hesabla qələbə qazanmış "Zaltsburq" Avstriyada İsrailin "Makkabi" (Təl-Əviv) komandasını sınağa çəkəcək.

"Midtüllann" isə Çexiyada qolsuz heç-heçə etdiyi "Slaviya" ilə Danimarkada üz-üzə gələcək.

Qalib komandalar yollarına Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsində davam edəcəklər. 

UEFA Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

30 sentyabr

23:00. PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya)
İlk oyun - 1:2

23:00. "Zaltsburq" (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail)
İlk oyun - 2:1

23:00. "Midtüllann" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya)
İlk oyun - 0:0

Qeyd edək ki, ilk oyun günündə Ukraynanın "Dinamo" (Kiyev), Macarıstanın "Ferentsvaroş" və Yunanıstanın "Olimpiakos" komandaları qrup mərhələsinə vəsiqə əldə edib. Belçikanın "Gent", Norveçin "Molde" və Kiprin "Omoniya" klubları isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right