UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Newsport.az-ın məlumatına görə, namizədlər sırasında ötən gecə turnirin qalibi olan "Bavariya"dan Manuel Noyer, Kinqsli Koman, Tiaqo Alkantara, finalda Münhen klubuna uduzan (0:1) PSJ-dən isə Markinyos yer alıb.
Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.
Xatırladaq ki, "Bavariy" Kinqsli Komanın qolu ilə qalib gələrək tarixində 6-cı dəfə ÇL-i qazanıb.